MİNGƏÇEVİR ŞƏHƏR

MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ

Elanlar
5 Dekabr , 2015

Ultra şirkəti Bakutel 2015 sərgisində xidmətlərini nümayiş etdirib.

Bu il də Ultra şirkətinin stendimizdə bilavasitə şirkətin mütəxəssisləri tərəfindən hazırlanmış həll variantlarını təqdim edilib. Sərgidə təqdim olunan proqramlardan biri təhsilin idarə edilməsi üzrə Eduman proqram təminatıdır. Bu sistem ölkənin bir sıra iri ali təhsil müəssisəsində quraşdırılıb və istismar olunur. Bu gün Azərbaycan Respublikası Sənaye və İqtisadiyyat Nazirliyi, ölkənin digər təşkilatlarının struktur vahidləri, qabaqcıl təhsil müəssisələri tərəfindən istifadə edilən elektron sənəd dövriyyəsi üzrə DocNet proqram təminatı da marağa səbəb olub. Bu sistem kargüzarlıq üzrə bütün tələblərə tam cavab verməklə yanaşı, dil, şrift, elektron rəqəmsal imza və digər xüsusiyyətləri dəstəkləyir. Şirkətin daha bir məhsulu isə hazırda yerli istehsal bazarı üçün ən münasib olan, daha müasir təfəkkür və dil xüsusiyyətlərini nəzərə alan və ən son texnologiyalara əsaslanan, habelə beynəlxalq standartlara cavab verən ALİSA vahid mərkəzləşdirilmiş kitabxana sistemi olub. ALİSA elektron kitabxana sistemidir və kompleks bir layihə kimi Azərbaycanın kitabxana sistemini inkişaf etdirmək üçün yaradılıb. ALİSA sistemi kitabxanadaxili prosesləri və kitabxana-oxucu münasibətlərini tam avtomatlaşdırır və bu proses üçün lazımi mühitin yaradılmasına təkan verir. Sistemin fəaliyyətinə kataloq düzəltmə, komplektləşdirmə, kitab sifarişi, kitabların verilməsi, oxucuların qeydiyyatı və əməkdaşlar haqqında məlumatlar aiddir.