MİNGƏÇEVİR ŞƏHƏR

MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ

Tədbirlər
8 Noyabr , 2017

Bayraq - bir ölkəni, təşkilatı, quruluşu və ya birliyi işarələyən, əsasən parçadan olan, dövlət rəmzi olub, müharibələr, inqilablar, nümayişlər zamanı öndə, insanların başı üzərində aparılan, müxtəlif rəsmi təşkilatların binalarının qarşısında dirəyə asılan və həmin təşkilatı təmsil edən, Vətən uğrunda şəhid olanların qəbirləri üzərinə salınan dövlət atributudur. Bayrağın üzərindəki hər rəng və simvol bir özəl məna daşıyır.
Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı – Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.

      Azərbaycanın Dövlət bayrağı ilk dəfə 1918- ci il Noyabrın 9- da Azərbaycan Xalq Cümhuriyyəti Hökümətinin qərarı ilə qəbul edilib. Üçrəngli bayrağımız 2- ci dəfə 1990-cu il noyabrın 17-də Naxçıvan Muxtar Respublkası Ali Məclisin Sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sesiyada Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı olaraq təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" Qanun qəbul edərək  onu Dövlət bayrağı elan edib. 2009-cu il noyabırın 17-də Prezident İlham Əliyev  Azərbaycanda Dövlət Bayrağı Gününün təsis edilməsi  haqqında sərəncam imzalamışdır. Sərəncama əsasən hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.

     9 Noyabr-Dövlət Bayrağı Günü münasibətilə Mingəçevir şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemində də “Azərbaycan Dövlət Bayrağının tarixi”, “Bir daha yüksələn bayraq, bir daha enməz”, “Azərbaycan bayrağı qürur mənbəyimizdir”, “Bayrağın uca olsun Vətən”, “Ürəyimdə bir dilək var:  o da doğru kəsilsin, o gün olsun bir  bayraq Turan üstə açılsın  və s. mövzularında silsilə tədbirlər təşkil edilmişdir.