MİNGƏÇEVİR ŞƏHƏR

MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ

Xəbərlər
13 Noyabr , 2017
Noyabrın 11-də şəhər günü münasibətilə Mingəçevir Dövlət Dram Teatırında təntənəli bayram tədbiri keçirilib. Tədbir iştirakçıları əvvəlcə Dram Teatırın foesində düzənlənmiş  Mingəçevirin tarixi inkişaf yolunu əks etdirən sərgi ilə tanış olublar.
    Şəhər ictimayyət nümayəndələri və tədbir iştirakçıları Mingəçevirin tarixindən bəhs edən qısametrajlı filmə tamaşa ediblər. Sonra tədbirin aparıcıları  Mingəçevirin il ərzində böyük inkişaf yolu keçdiyini qeyd ediblər. Bildirilib ki, ölkənin 70% enerji təminatını məhz Mingəçevir ödəyir. Ölkənin iqtisadiyyatının inkişafında Mingəçevirin də rolunun geniş olduğu diqqətə çatdırılıb. Təhsil sahəsində görülən işlərdən, şəhərdə aparılan abadlıq və quruculuq işlərindən danışılıb. Ölkə rəhbərliyi tərəfindən Mingəçevirə göstərilən diqqət və qayğıdan söz açılıb. Bildirilib ki, Mingəçevir şəhərində sənaye potensialının artırılması, müasir infrastruktur və istehsal müəssisələrinin yaradılması , həmçinin yeni iş yerlərinin açılması istiqamətində işlər davam edir.
   Tədbirin rəsmi hissəsi bitdikdən sonra geniş konsert proqramı ilə tədbir davam edib. Teatırın aktyorları tamaşalardan kiçik səhnəciklər nümayiş etdiriblər. ”Mingəçevir qrupu”nun, ”Pərvin”ritm qrupu, şəhərin mədəniyyət şöbəsinin ansanbılının ifasında şən mahnılar ifa olunub.
Foto Qalereya